Axıra qədər aksiyada qalıb:

İşə icazə

Uzaq xarici ölkə vətəndaşları, yüksək təcrübəli işçilər (YTİ) və xarici tələbələr üçün işə icazə

Xidmətin nömrəsi

Hazırlanmada kömək Hansı sənədləri təqdim etmək lazımdır Hazırlanma müddəti Qiymət

1

Xarici tələbələr üçün “açar altına” iş icazəsi, RF ərazisinə 1 il müddətinə giriş icazəsi daxil olmaqla.

  1. Xarici pasportun surəti.
  2. Qeydiyyatın surəti.
  3. Miqrasiya kartının surəti.
  4. 3*4 sm. ölçüsündə rəngli mat fotoşəkillər – 2 əd.
  5. Girişə dəvətnamə ilə birgə

3 həftə

41 900 rubl

2

Uzaq xarici ölkə vətəndaşları üçün “açar altına” iş icazəsi, RF ərazisinə 3 il müddətinə giriş icazəsi daxil olmaqla.

  1. Xarici pasportun surəti.
  2. Qeydiyyatın surəti.
  3. Miqrasiya kartının surəti.
  4. 3*4 sm. ölçüsündə rəngli mat fotoşəkillər – 2 əd.
  5. Girişə dəvətnamə ilə birgə

3 həftə 

44 900 rubl

3

Yüksək təcrübəli mütəxəssislər (YTM) üçün “açar altına” iş icazəsi, RF ərazisinə 3 il müddətinə giriş icazəsi daxil olmaqla.

  1. Xarici pasportun surəti.
  2. Qeydiyyatın surəti.
  3. Miqrasiya kartının surəti.
  4. 3*4 sm. ölçüsündə rəngli mat fotoşəkillər – 2 əd.
  5. Girişə dəvətnamə ilə birgə

3 həftə

44 900 rubl

Yüksək təcrübəli mütəxəssisin xüsusiyyətləri:

1) Onun iş məqsədilə gəlməsi üçün kvotalar lazım deyil;

2) O ölkə ərazisində yaşamağa bütün ailəsini dəvət edə bilər;

3) O 90 gün müddətinə miqrasiya qeydiyyatına durmaqdan və yaşayış yeri üzrə qeydiyyata durmaqdan azad edilir;

4) O üç il ərzində işləyə bilər, sonra isə təkrar olaraq iş icazəsini uzada bilər;

5) İş müqaviləsi sona çatdıqdan sonra o 30 gün ərzində özünə yeni iş tapa bilər;

6) Onun iş icazəsi Rusiya Federasiyasiyasının bir neçə subyektləri ərazisində etibarlıdır və s.

 2014-cü ilin 1 yanvar tarixindən RF qanunvericiliyinə dəyişiklər qüvvəyə minib, həmin dəyişiklərə uyğun olaraq tələbələr təhsil aldıqları müddət ərzində Rusiya Federasiyası ərazisində işləyə bilərlər.

 Rusiya ali məktəblərinin əyani şöbələrində 2014-cü ildən təhsil alan tələbələr üçün işə icazənin alınması qaydaları asanlaşır (Rusiya Federasiyası 23 iyul 2013-cü il tarixindən 203-ФЗ nömrəli Moskva ş. üzrə “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyətləri haqqında” Federal qanuna dəyişiklərin əlavə edilməsi haqqında” qanun və Rusiya Federasiyasında xarici ölkə vətəndaşlarının və vətədaşlığı olmayan şəxslərin təhsil almaları üçün əlavə şərtlərin yaradılması məqsədilə Rusiya Federasiyasının ayrı-ayrı qanunvericilik aktları, 01 yanvar 2014-cü il tarixində qüvvəyə minir).

 Qanunvericilikdə dəyişiklər ərizəçi-tələbə üçün minimal sənədlər paketini, onun ərizəsinin sürətli qaydada baxılmasını və hər il müəyyən edilən kvotaları nəzərə almadan icazənin verilməsini nəzərdə tuturlar.

 Eyni zamanda, öz iş fəaliyyətini xarici ölkə vətəndaşı təhsil aldığı ali təhsil ocağı olan şəhərin (vilayətin) ərazisində həyata keçirməlidir və ya bilavasitə olaraq tələbə təhsil aldığı Universitetdə həyata keçirməlidir.

 İşə icazə iş müqaviləsi bağlandığı müddətə verilir, lakin, ən çoxu bir il müddətinə. Tələbə təhsilini davam etdiyi halda icazənin müddəti uzadılır, tələbə ali təhsil ocağında təhsilini bitirdiyi halda isə ləğv edilir. Həmçinin, qanun onu da nəzərdə tutur ki, sadə təhsil vizası olan xarici ölkə vətəndaşı xüsusi sənədləri almadan da işləyə bilər.


İşə icazə xarici ölkə vətəndaşlarına Moskva şəhərində və Moskva vilayətində iş fəaliyyətini həyata keçirməyə hüquq verən vacib sənəddir. İş icazəsini aldıqda göstərilmiş ixtitsas üzrə fərdi şəxsin şirkətində və ya kommersiya şirkətində iş tapmaq olar. Yeganə şərt isə - həmin şəxslər icazədə göstərilmiş region daxilində olmalıdırlar. Verilmiş sənəd bir il ərzində etibarlıdır. Etibarlılıq müddəti sona çatdıqdan sonra xarici vətəndaş sənədi təkrar almalıdır, həmçinin, yenidən ölkə sərhədini də keçməlidir.

 İşə icazənin alınması şəxsiyyət vəsiqəsindən, miqrasiya kartından, üçaylıq qeydiyyatın surətindən ibarət tam sənədlər paketinin təqdim edilməsini tələb edir.

Haqqımızda


BİZİM XİDMƏTLƏR
Rəylər